REGİONLAR


Balakəndə “Nəsimi ili”nə həsr edilən intellektual oyun üzrə rayon liqası yarışları başa çatıb

Balakən, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda “Nəsimi ili” çərçivəsində təşkil edilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon liqası yarışlarına yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil Şöbəsi və rayon Gənclər evinin dəstəyi ilə keçirilən, 9 həftə davam edən intellektual bilik yarışında 17 məktəb komandasının tərkibində 102 məktəbli iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 11-də Balakən Gənclər evində intellektual oyun üzrə rayon liqasının final turu olub. Yarış iştirakçıları Azərbaycanın böyük şairi İmadəddin Nəsimi haqqında biliklərini nümayiş etdiriblər. Balakən Humanitar və Texniki təmayüllü liseyin komandası birinci yerə layiq görülüb. Sonrakı yerləri Qaravəli kənd və Balakən şəhər 1 saylı tam orta məktəblərin komandaları tutublar.

Rayon liqasının qalibləri Gənclər və İdman İdarəsi tərəfindən diplom və kitablarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.