REGİONLAR


Balakəndə Novruz bayramı münasibətilə satış-yarmarka açılıb

Balakən, 9 mart, Mustafa Dadaşov, AZƏRTAC

Novruz bayramı ərəfəsində, martın 9-da Balakən rayonunda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil edilib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka bayram günlərində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən şəhərinin Heydər Əliyev prospektində təşkil edilən yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından xeyli ucuz qiymətə təklif olunur.

Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razılıq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.