REGİONLAR


Balakəndə “TətildəSƏN” adlı yay düşərgələri təşkil edilir

Balakən, 30 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Gənclər Evi məktəblilərin yay tətilinin maraqlı və səmərəli təşkili məqsədilə rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə “TətildəSƏN” adlı yay düşərgələrinə start verib. İlk düşərgələr rayonun Qarahacılı və Xalatala kənd tam orta məktəblərində təşkil edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Gənclər Evinin direktoru Tale Şahverdiyev məlumat verib.

Direktor bildirib ki, düşərgədə yeniyetmə və gənclər üçün bir-birindən maraqlı və əyləncəli oyunlar, enercayzerlər, hədiyyəli müsabiqələr, psixoloji testlər, müxtəlif yarışlar təşkil olunub. Əyləncə dolu günün sonunda fəallığı ilə seçilən iştirakçılar hədiyyələrlə mükafatlandırılıblar.

Növbəti düşərgələrin İtitala və Kortala kənd məktəblərində təşkil edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.