REGİONLAR


Balakəndə Ulu Öndərə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Balakən, 8 may, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Balakəndə məktəblilər arasında keçirilən “Əbədiyaşar lider” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən rayon Gənclər və İdman İdarəsi, YAP rayon təşkilatı Gənclər Birliyi, Gənclər Evi sosial xidmət müəssisəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə 65 inşa yazı təqdim olunub.

Müsabiqə qaliblərinin mükafatlandırılması münasibətilə YAP Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov və YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev çıxış edərək, Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb, dahi rəhbərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Ölkəmizdə gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğının göstərildiyi xüsusi vurğulanıb.

Müsabiqənin yekun nəticələrinə əsasən, Balakən şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Günel Dibirova birinci yerə layiq görülüb.

Müsabiqə ilk yerləri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.