REGİONLAR


Balakəndə Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis yarışında 52 idmançı mübarizə aparıb

Balakən, 15 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 52 oğlan və qız idmançı mübarizə aparıb.

Oğlanların yarışında Ruslan Varsayev, Məhəmməd Məmmədov və Murad Lokov, qızlar arasında isə Məleykə Nastakalova, Sarat Məmmədova və Ceylan Dabaxova müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Birinciliyin qalibləri mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.