Balakəndə açılan düşərgədə könüllülər bir araya gəldilər
AzerTAg.az
Balakən, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Könüllülərin həmrəyliyi” düşərgəsi təşkil olunub. Balakən rayon Gənclər və İdman İdarəsinin və Gənclər evinin təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən düşərgədə gənclərlə işləyən əlaqədar qurumların aktiv gəncləri, könüllülər və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Tələbə Gənclər Təşkilatının üzvləri daxil olmaqla, ümumilikdə, 50 gənc iştirak edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, iki gün davam edəcək düşərgədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün aktual mövzularda təlimlər, intellektual və əyləncəli oyunlar, idman yarışları və müxtəlif növ fəaliyyətlər təşkil olunacaq.




Xəbərin mətnində orfoqrafik səhv var