REGİONLAR


Balakəndə atletika üzrə rayon birinciliyində 250-dək yeniyetmə idmançı mübarizə aparıb

Balakən, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakəndə məktəblilər arasında atletika idman növü üzrə rayon birinciliyi Şərif kənd 1 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri isə Katex və Xalatala kənd məktəblərinin komandaları tutublar.

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Olimpiya İdman Kompleksində keçirilən yarışlarda 29 məktəb komandasının tərkibində 250-dək yeniyetmə idmançı iştirak edib. İdmançılar 100 və 200 metr məsafəyə qaçış, həmçinin 400 metr məsafəyə estafet yarışlarında mübarizə aparıblar. İlk yerləri tutan idmançılar diplom və medallarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.