REGİONLAR


Balakəndə atletika yarışında 30-dək könüllü idmançı mübarizə aparıb

Balakən, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində “Könüllülər kuboku” uğrunda atletika üzrə rayon birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə reallaşan yarışda 30-dək könüllü idmançı iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Əsasnaməyə uyğun olaraq, idmançılar 400 metr məsafəyə qaçış yarışında mübarizə aparıblar. Yekun nəticələrə əsasən, Hacımurad Omarov, Məhəmməd Qarayev və Şamil Osmanov müvafiq olaraq ilk üç yeri tutublar.

Yarışın qaliblərinə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.