REGİONLAR


Balakəndə bu günədək vətəndaşlara 70 min dozadan çox vaksin vurulub

Balakən, 13 sentyabr, Mustafa Dadaşov AZƏRTAC

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 70 min 294 doza vaksin vurulub.

Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 40 min 758 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 29 min 536 nəfərdir.

Yaş qrupları üzrə bu günədək Balakən rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 6 min 462 doza, 50-65 yaş arasında vətəndaşlara 22 min 820 doza, 50 yaşadək vətəndaşlara isə 41 min 12 doza vaksin vurulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.