REGİONLAR


Balakəndə çoxnövçülük üzrə yarışlarda 10 komanda mübarizə aparıb

Balakən, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakəndə çağırışa qədər və çağırış yaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən poliatlon çoxnövçülük üzrə rayon birinciliyinə yekun vurulub. On məktəb komandasının iştirakı ilə keçirilən yarış Şərif kənd 1 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Qazma və Tülü kənd 1 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci, üçüncü pillədə qərarlaşıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon gənclər və idman idarəsindən məlumat verilib.

Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gəncləri ordu sıralarına hərbi xidmətə hazırlamaq, onları Vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədi daşıyır.

Tülü kənd 1 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə iştirakçılar 100 və 2000 metr məsafəyə qaçma, turnikdə dartınma və qumbara atma yarışlarında qüvvələrini sınayıblar.

Qalib komandalar mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.