CƏMİYYƏT


Balakəndə evdən pul və qızıl əşyaları oğurlayan qadınlar yaxalanıblar

Bakı, 15 fevral, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndindəki evlərin birindən naməlum şəxslər tərəfindən qızıl-zinət əşyalarının və pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları müraciət əsasında hadisə yerinə baxış keçiriblər. Ev sahibinə məxsus müxtəlif qızıl-zinət əşyalarının və 250 manat pulun oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər də məhkum edilmiş - Təranə Koldar və Bəsti Nadirova olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı dilənçiliklə məşğul olan həmin qadınların evdə heç kimin olmamasından istifadə edərək oraya daxil olduqları, pulu və qızılları götürərək uzaqlaşdıqları müəyyənləşdirilib. Oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.