REGİONLAR


Balakəndə gənclərin natiqlik qabiliyyətini inkişaf etdirmək məqsədilə yeni layihə icra olunub

Balakən, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Balakən rayonunda həyata keçirilən “Gənc spikerlər” adlı Məktəblilərin Natiqlik Klubu layihəsinə yekun vurulub.

Rayon gənclər və idman idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, layihə çərçivəsində rayonun dörd zonasında “Nitq mədəniyyəti”, “Bədən dili və jestlər”, “Karl Popper debatı” mövzularında seminarlar keçirilib. Təlimlərdə dinləyicilərə düzgün nitqin qurulması və fikrin çatdırılması ilə bağlı məlumatlar verilib. Rayonun 32 ümumtəhsil məktəbini əhatə edən təlimlərdə 200-dən çox gənc iştirak edib.

Layihənin növbəti mərhələsində Balakən şəhərindəki Gənclər Evində “Karl Popper debatı” formatında turnir təşkil edilib. Müzakirələrdən əvvəl layihənin rəhbəri Habil Çolaxov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar debatın mövzusunun Cümhuriyyətin 100 illiyinə həsr edildiyini diqqətə çatdırıb.

Sonra debat iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin vətənpərvərlik hisləri indiki kimi yüksək olsa idi, cümhuriyyət daha çox yaşayardı” mövzusunda müzakirələr aparıblar. Yekun nəticələrə görə, Qazma kənd 2 nömrəli tam orta məktəbin “Nika” komandası turnirin qalibi adını qazanıb. Sonrakı yerlərə Balakən şəhər 1 nömrəli tam orta məktəbin “Nizami-cədid” və Qullar kənd 2 nömrəli tam orta məktəbin “Propaqanda” komandaları layiq görülüblər. “Ən yaxşı natiq” nominasiyasında Lalə Yüzbaşıyeva, Mətin Səfərli, Məhbubə Alqayeva və Vüsalə Məmmədova qalib gəliblər.

Layihənin yekununda Balakən rayon gənclər və idman idarəsində “Debat klubu” yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.