REGİONLAR


Balakəndə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb

Balakən, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

2018-ci ilin ötən 9 ayı Balakən rayonunun heyvandarları üçün uğurlu olub. Həmin dövrdə rayonda bütün növ heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Ən çox artım ət istehsalında olub. Belə ki, 9 ayda rayonda diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 289,8 ton və ya 8,1 faiz artaraq 3 min 861,6 ton olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, 9 ayda rayonun təsərrüfatlarında 15 min 729 ton süd istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 199 ton çoxdur. Heyvandarlıq məhsulları istehsalının artmasında cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xüsusi rol oynayıb.

Rayonda 7 milyon 46 min ədəd yumurta, 76,8 ton yun istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.