REGİONLAR


Balakəndə indiyədək 111 hektar sahəyə tütün şitilləri köçürülüb

Balakən, 8 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir. Bu günədək rayonda 111 hektar sahədə tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, indiyədək “Azərtütün ASK” MMC ilə müqavilə bağlayan fermerlər tərəfindən 85 hektar və “Azəri Korporasiyası” tərəfindən 5 hektar sahəyə “Virciniya botaniki”, “İlham M” MMC ilə müqavilə bağlayan fermerlər tərəfindən isə 21 hektar sahəyə digər növ tütün şitilləri köçürülüb.

Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 267 hektar sahədə “Virciniya botaniki”, 33 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün əkini işlərinə 221 nəfər mövsümi işçi cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.