REGİONLAR


Balakəndə indiyədək 1768 hektarda yazlıq bitkilər əkilib

Balakən, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 1768,6 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 107,6 hektar çoxdur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları 818,1 hektar sahədə tərəvəz bitkiləri, 494 hektarda kartof, 12,5 hektarda dənli və dənli paxlalılar əkib, 349 hektar sahəyə yonca səpiblər. Rayonda dən üçün qarğıdalı əkininə də başlanılıb və bu günədək 95 hektar sahəyə qarğıdalı əkilib.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.