REGİONLAR


Balakəndə indiyədək 46 min tondan çox dən qarğıdalı istehsal olunub

Balakən, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Builki mövsümdə rayonun fermerləri 7515 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı yekunlaşmaq üzrədir. İndiyədək 7507 hektar sahənin məhsulu yığılıb, 46 min 168 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 61,5 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli deyib.

Sektor müdirinin sözlərinə görə, cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 45 min tona çatacağı proqnozlaşdırılsa da, torpaq mülkiyyətçiləri nəzərdə tutulduğundan xeyli çox məhsul istehsal ediblər. Bu, ilk növbədə, əlverişli hava şəraiti və əkin sahələrinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində mümkün olub.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 7213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.

Rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də davam edir. Cari mövsümdə rayonda 1500 hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Torpaq mülkiyyətçiləri indiyədək 532 hektarı arpa, 264 hektarı buğda olmaqla, 796 hektar sahəyə toxum səpiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.