REGİONLAR


Balakəndə indiyədək 46 min tondan çox dən qarğıdalı istehsal olunub

Balakən, 19 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımı yekunlaşmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 7 min 577 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 7 min 425 hektar sahənin məhsulu yığılıb, 46 min 35 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 62 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Sektor müdirinin sözlərinə görə, hazırda rayonun təsərrüfatlarında tütün yığımı da davam edir. Balakənli fermerlər bu il 243 hektar sahəyə “Virciniya botaniki”, 57 hektara isə yerli “İmmuniy” növlü tütün əkiblər. İndiyədək emal məntəqəsində və fərdi təsərrüfatlarda 197 ton quru tütün istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.