REGİONLAR


Balakəndə indiyədək 6389 hektar sahədə yazlıq bitkilər əkilib

Balakən, 8 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 6389 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 119 hektar çoxdur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonda dən üçün qarğıdalı əkini sürətlə davam etdirilir. İndiyədək 3714 hektar sahədə dən üçün qarğıdalı əkilib. Torpaq mülkiyyətçiləri bu günədək 1354 hektar sahədə tərəvəz bitkiləri, 618 hektarda kartof, 117 hektarda bostan bitkiləri, 76 hektarda paxlalılar (lobya) əkib, 499 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda tütün əkininə də başlanılıb. Fermerlər tərəfindən indiyədək 11 hektar sahəyə tütün şitilləri köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.