REGİONLAR


Balakəndə karantin rejiminin tələblərinə nəzarət məqsədilə 25 mobil qrup yaradılıb

Balakən, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə üzvlərindən ibarət 25 mobil qrup gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işləri aparır. Rayon rəhbərliyi, həmçinin mobil qrupların üzvləri küçələrə çıxan sakinlərlə profilaktik söhbətlər apararaq, rayon ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmasının vacibliyini onların diqqətinə çatdırırlar.

Rayon rəhbərliyi, eyni zamanda, xüsusi karantin rejimində fəaliyyətlərinə icazə verilmiş həyati əhəmiyyət daşıyan bir sıra sahibkarlıq subyektlərində və şəhərin küçələrində koronavirus infeksiyası ilə mübarizə çərçivəsində aparılan dezinfeksiya tədbirləri ilə də maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.