CƏMİYYƏT


Balakəndə keçirilən əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli 7 nəfər tutulub

Bakı, 18 iyun, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının son 15 gündə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 7 nəfər tutulub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri - Həsən Gəncəliyev və Səyyad Əhmədov saxlanılıb. H.Gəncəliyevin rayonun Hənifə kəndi ərazisindəki meşəlikdə, S.Əhmədovun isə qarğıdalı sahəsində yetişdirdiyi narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Həmçinin şəxsi axtarış zamanı H.Gəncəliyevdən qurudulmuş marixuana da aşkarlanıb.

Keçirilən növbəti əməliyyatlar zamanı isə Kamran Əliyev, əvvəllər də eyni əmələ görə 3 dəfə məhkum olunmuş Sərxan Mirzəyev, Kamil Məmmədov, Kənan İmamverdiyev və Rövşən Məmmədov saxlanılıb. Onların üzərilərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.