CƏMİYYƏT
Balakəndə keçmiş məhkumdan narkotik vasitələr və elektron tərəzi götürülüb
Bakı, 20 noyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş B.Kərimovdan 5 qramdan artıq heroin və 1,260 qram metamfetamin, evindən isə 21 qramdan çox heroin, 1,01 qram marixuana və 1 elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.