REGİONLAR


Balakəndə mini futbol üzrə rayon turnirində 15 komanda mübarizə aparıb

Balakən, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan mini futbol üzrə rayon turnirinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Olimpiya İdman Kompleksinin və Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 15 komanda mübarizə aparıb.

Yekunda Balakən Telekommunikasiya Qovşağının komandası turnirin qalibi olub. YAP rayon təşkilatının komandası ikinci, Balakən Bələdiyyəsinin təmsilçiləri isə üçüncü yeri tutublar.

Qalib komandalar kubok və medallarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.