CƏMİYYƏT


Balakəndə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışlarına FHN-in xilasediciləri cəlb olunub

Bakı, 13 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 2018-ci il avqustun 10-da Balakən rayonunun İtitala kəndində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, avqustun 13-də səhər saatlarında nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb edilib.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.