REGİONLAR


Balakəndə qabaqcıl müəllimlər mükafatlandırılıblar

Balakən, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müəllim cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısıdır. Müəllim gənc nəslə elm, bilik, aydın dünyagörüşü verir, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər təlqin edir. Bəşər cəmiyyəti bugünkü nailiyyətlərinə görə, ilk növbədə, bu xeyirxah peşə sahiblərinə minnətdardır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də Balakən rayonunda keçirilən tədbirdə səsləndirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Balakən rayonunda görülən işlərdən danışıb. Ümummilli lider Heydər Əliyevin təhsil işçilərinə daim böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan icra hakimiyyətinin başçısı hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sektor müdiri Elçin Musayev, Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, Qullar kənd 1 saylı tam orta məktəbin direktoru Vəfa Emçiyeva, Hənifə kənd tam orta məktəbin direktoru Cavanşir Alqayev və digər çıxış edənlər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.

Tədbirin sonunda bir qrup qabaqcıl təhsil işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.