Balakəndə şagirdlər narkotik vasitələrin zərərləri barədə məlumatlandırılıblar
AzerTAg.az
Balakən, 11 mart, AZƏRTAC
Balakən rayonunun Qazbölük kənd tam orta məktəbində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində şagirdlərlə növbəti görüş keçirilib. Görüşdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. O, yeniyetmə və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib.
Sonda mövzu ətrafında məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Xəbərin mətnində orfoqrafik səhv var