REGİONLAR


Balakəndə şəhid Kənan Muradov və İmam Əliyevin xatirəsi yad edilib

Balakən, 17 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Balakən rayonunda da daim ehtiramla anılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Balakənin igid oğullarından Kənan Muradov və İmam Əliyevin doğum günü ilə əlaqədar rayon rəhbərliyi, Milli Məclisin deputatı Kamilə Əliyeva, ictimaiyyətin nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 19-cu ilində əbədiyyətə qovuşan Kənan Muradovun, 23 yaşında şəhidlik zirvəsinə ucalan İmam Əliyevin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlıqlarından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb. Bildirilib ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Kənan Muradov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunması görə” medalları, İmam Əliyev isə “Vətən uğrunda” medalı ilə təltif olunublar.

Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra rayonun Hənifə kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Soltan Mehdiyevin xatirəsinə tikilən bulağın açılışı olub. Tədbirdə kənd məktəbinin şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirilib.

Qurban bayramı münasibətilə Balakən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən şəhid ailələrinə ərzaq yardımı göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.