REGİONLAR


Balakəndə selə qarşı mübarizə tədbirləri görülür, suvarma kanalına beton üzlük çəkilir VİDEO

Balakəndə selə qarşı mübarizə tədbirləri görülür, suvarma kanalına beton üzlük çəkilir VİDEO

Balakən, 8 fevral, AZƏRTAC

Balakən Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısını almaq üçün rayon ərazisində yerləşən torpaqməcralı kanallarda beton işləri görülür.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi İlkin Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə suvarma ilə yanaşı, məcra təmizləmə və sahil bərkitmə işləri də aparır.

İdarənin balansında 22828 metr uzunluqda bəndlər mövcuddur. Onun 11911 metri Balakənçay sistemində, 4480 metri Katexçay sistemində, 6437 metri isə Mazımçay sistemindədir. Ötən il daş-beton bəndlərdə rayonun şəhər ərazisinin mühafizəsi üçün 200 kubmetr həcmində, Mahamalar kəndinin mühafizəsi üçün 1250 kubmetr, Katex kəndinin mühafizəsi üçün isə 750 kubmetr həcmində cari təmir işləri yekunlaşıb. Silban kəndinin selsularından mühafizəsi üçün 100 metr uzunluğunda daş-beton bəndin əsaslı təmiri işləri hazırda davam edir.

Silban kəndinin sakinləri görülən işləri müsbət dəyərləndirirlər. Onların sözlərinə görə, evlərinin yaxınlığından keçən çayda əvvəllər tez-tez təhlükəli vəziyyət yaranırdı. Görülən işlər və qabaqlayıcı tədbirlər nəticəsində hazırda bu təhlükə demək olar ki, aradan qalxıb.

İdarə kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə də təmin edir. Əkin sahələrində hər il müxtəlif təyinatlı kənd təsərrüfatı bitkiləri əkilir və onların suvarılması yerinə yetirilir. Suvarma dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian, 90 ədəd artezian quyusu ilə aparılır. Rayonda 209 kilometrdən artıq uzunluqda suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 kilometri təsərrüfatarası kanallar, 169 kilometri isə təsərrüfatdaxili kanallardır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir.

Balakən Suvarma Sistemləri İdarəsinin balansında 8400 hektar suvarılan torpaq sahəsi mövcuddur. Bunun 2252 hektarı əkin sahəsi, 3778 hektarı həyətyanı və 2370 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.