REGİONLAR


Balakəndə sənaye məhsulu istehsalı 26,1 faiz artıb

Balakən, 13 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 53 milyon 704 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 12,5 min manat və ya 10 faiz çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ilin yanvar-mart aylarında rayonda 18 milyon 200,8 min manatlıq sənaye, 11 milyon 446,1 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz, aqrar sahədə isə 2 faiz artıb. Birinci rübdə tikinti işlərinin həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 613,6 min manat olub.

Üç ayda nəqliyyat və anbar təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 30,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi isə 9,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.