REGİONLAR
Balakəndə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinə start verilib
Balakən, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən şahmat turnirinə start verilib. Rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə iki yaş qrupunda 46 oğlan və qız şahmatçı mübarizə aparır.
Balakən Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib ki, turnirin açılış mərasimində idarənin rəis müavini Səfər Gəncəyev və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Vasif Qomurov çıxış edərək, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsində məqsəd rayonda şahmatın kütləviliyini təmin etmək, gənc şahmatçıların ustalıqlarını artırmaqdır.
Şahmat turnirinə mayın 7-də yekun vurulacaq.