Balakəndə ümumi məhsul istehsalı 11,5 faiz artıb
AzerTAg.az
Balakən, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ilkin hesablamalara görə 136 milyon 235,3 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 586,2 min manat və ya 11,5 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, cari ilin birinci yarısında rayonda 31 milyon 371 min manatlıq sənaye, 52 milyon 609,7 min manat dəyərində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz, aqrar sahədə isə 2,4 faiz artıb. Altı ayda tikinti işlərinin həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 dəfə artaraq 6 milyon 135,3 min manat olub.
Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 29,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi isə 6,4 faiz artıb.

Xəbərin mətnində orfoqrafik səhv var