REGİONLAR


Balakəndə ümumi məhsul istehsalı 50,3 faiz artıb

Balakən, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

2020-ci ilin birinci yarısında Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3 faiz artaraq 165 milyon 877 min manat olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ilin yanvar-iyun aylarında rayonda 26 milyon 516 min manatlıq sənaye, 39 milyon 203 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, 61 milyon 125 min manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz, tikinti işlərinin həcmi isə 7,8 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.