REGİONLAR


Balakəndə yerli sort tütün yarpağının dəriminə başlanılıb

Balakən, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 102 hektar sahədə tütün əkilib. Havaların əlverişsiz keçməsi səbəbindən 6 hektaradək sahədə bitiş alınmayıb. Hazırda fermerlər 96 hektar sahədə tütün yetişdirirlər. Tütün əkinlərinin 24 hektarını yerli “İmmuniy”, 70 hektarını “Virciniya botaniki”, 2 hektarını isə “Berley” növlü tütün təşkil edir. Artıq rayonun bəzi təsərrüfatlarında tütün yarpağının dəriminə də başlanılıb.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda ilk olaraq tütün yığımı Talalar kəndində fermer Nüsrət Əsgərovun təsərrüfatında aparılıb. Fermer mövsümün ilk günündə emal məntəqəsinə 890 kiloqram yaş tütün kütləsi təhvil verib. O, builki mövsümdə 19 hektar sahədə tütün yetişdirir.

Ümumiyyətlə, balakənli fermerlər ilk günlər emal məntəqəsinə 2,4 tonadək yaş tütün kütləsi təhvil veriblər.

Qeyd edək ki, ötən il rayonda 293 ton quru tütün istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.