REGİONLAR


Balakəndə yunan-Roma güləşi üzrə rayon birinciliyində 70-dən çox idmançı mübarizə aparıb

Balakən, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun Qabaqçöl qəsəbə tam orta məktəbinin idman zalında keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyində 70-dən çox yeniyetmə idmançı mübarizə aparıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

İdarənin tədbirlər planına uyğun olaraq keçirilən birincilikdə güləşçilər 6 çəki dərəcəsi üzrə yarışıblar. Qalib idmançılar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.