REGİONLAR
Balakəndə yüz hektarda yeni meyvə bağları salınıb
Balakən, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci yarısında Balakən rayonunda 100 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 73 hektarına fındıq, 8 hektarına şaftalı, 7 hektarına alma, 12 hektarına isə armud, gilas, ərik, gavalı və badam ağacları əkilib. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 194,6 hektardır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda bağlarda meyvə yığımı davam edir. İndiyədək meyvə bağlarından 2200 tonadək məhsul tədarük olunub. Yığılan meyvələr arasında alma, armud, albalı, alça, gilas və giləmeyvələr üstünlük təşkil edir. Fındıq yığımına isə avqustda başlanılacaq.
Xatırladaq ki, ötən il Balakən rayonunda meyvə bağlarından 32 min 866 ton məhsul tədarük olunub. Yığılan məhsulun 15 min 180 tonu xurma, 6 min 262 tonu fındıq, 4 min 885 tonu alma, 3 min 582 tonu armud, qalanı isə digər meyvələr olub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 613 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]