REGİONLAR


Balakənin Qabaqçöl qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib

Balakən, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun Qabaqçöl qəsəbəsində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə abidə kompleksi inşa edilib. Abidənin açılış mərasimində rayon icra hakimiyyətinin, Polis şöbəsinin, digər dövlət qurumlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini bildirib, qazanılan böyük Qələbənin tarixi əhəmiyyətini vurğulayıb. Bu Qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyən icra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.

Mərasimdə çıxış edənlər ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib, şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar.

Şəhidlərin doğmaları övladlarının Vətənə sədaqətlə xidmət etdiyini, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə ürəklə yollandıqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.