REGİONLAR


Balakənin dağ çaylarında sahilbətkitmə işləri aparılır

Balakən, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir. Cari ilin 9 ayında rayon ərazisində mövcud olan daş-beton bəndlərdə 2409 kubmetr həcmdə əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda, həmin müddətdə rayon ərazisindən axan çaylarda sel sularından mühafizə məqsədilə 770 min kubmetr həcmdə məcra təmizləmə işləri həyata keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Balakən rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov məlumat verib.

İdarə rəisi bildirib ki, Balakən respublikanın sıx çay şəbəkəsinə malik olan bölgələrindən biridir. Rayon ərazisindən axan çayların əksəriyyəti dağ çaylarıdır. Çaylarda baş verə biləcək sel və daşqınlarla əlaqədar yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsi üçün idarə tərəfindən çaylarda davamlı olaraq məcra təmizləmə və sahilbərkitmə işləri aparılır. Hazırda idarənin balansında 21 min 158 poqonmetr uzunluğunda bəndlər mövcuddur. Bu bəndlərin 16 min 20 poqonmetri daş-beton, 4 min 400 poqonmetri panel, 501 poqonmetri daşla tökmə və 237 poqonmetri qabion bəndlərdir.

Ruslan Poladov qeyd edib ki, Mahamalar kəndinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsi üçün cari ilin ötən dövründə Balakənçay sistemində olan daş-beton bəndlərdə 1000 kubmetr həcmdə əsaslı, 1077 kubmetr həcmdə cari, Balakən şəhəri ərazisinin mühafizəsi üçün 87,5 kubmetr həcmdə cari təmir işləri aparılıb. Bundan əlavə, Katex kəndinin mühafizəsi üçün 244,7 kubmetr həcmdə cari təmir işləri həyata keçirilib. İlin sonunadək 50 poqonmetr uzunluğunda daş-beton bəndin əsaslı təmir edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə cari ilin ötən dövründə suvarma kanallarında 200 min kubmetr həcmdə lildən təmizləmə işləri aparılıb və ümumilikdə, əkin sahələrinə 19 milyon kubmetr suyun verilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.