REGİONLAR


Balakənin qarğıdalı sahələrində orta məhsuldarlıq 58 sentner təşkil edir

Balakən, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakənli fermerlər bu il 7 min 515 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 2 min 250 hektar sahənin məhsulu yığılıb, 13 min tondan çox dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 58 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.