REGİONLAR


Balakənin təkrar qarğıdalı sahələrində orta məhsuldarlıq 47,8 sentner təşkil edir

Balakən, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında taxıl biçini başa çatmış ərazilərdə 146,3 hektar sahədə dən üçün təkrar qarğıdalı əkilib. Hazırda təkrar əkin sahələrində qarğıdalı yığımı davam edir. İndiyədək 67 hektar sahənin məhsulu yığılıb, 320,3 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 47,8 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Sektor müdiri bildirib ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə və ya 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.

Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda tütün yığımı da yekunlaşmaq üzrədir. İndiyədək balakənli fermerlər 545 ton quru tütün istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.