REGİONLAR


Balakənin tərəvəz sahələrində məhsuldarlıq artıb

Balakən, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı yekunlaşmaq üzrədir. Tərəvəz əkilmiş 1943 hektar sahənin 1886 hektarında yığım başa çatdırılıb, 27 min 68 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 143,5 sentner təşkil edir. Məhsuldarlıq ötən illə müqayisədə hər hektara görə 13 sentner artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, təsərrüfatlarda kartof yığımı isə artıq başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 607 hektar kartof sahəsindən 5 min 801 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 95,6 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 205 ton artıb.

Təsərrüfatlarda dən üçün qarğıdalı, meyvə, tütün yığımı isə davam edir. Noyabrın əvvəlinə olan statistik məlumata görə, dən üçün qarğıdalı əkilmiş 7515 hektar sahənin 7478 hektarında məhsul yığımı başa çatıb, 45 min 978 ton qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 61,5 sentner məhsul götürülüb. İndiyədək rayonda 523 ton quru tütün istehsal olunub. Balakənli bağbanlar meyvə bağlarından 26,5 min tondan çox məhsul tədarük ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.