REGİONLAR


Balakənli fermerlər bu il 450 hektar sahədə tütün yetişdirirlər

Balakən, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Cari ildə Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 346 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 85 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində “İmmuniy” növlü yerli tütün sortunun yığımına başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

O bildirib ki, rayonda ilk olaraq tütün yığımı Mahamalar kəndindən olan fermer Aypara Dadayevanın təsərrüfatında aparılıb. “Virciniya” növlü tütünün yığımına isə bir neçə gündən sonra başlanılacaq.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.