REGİONLAR


Balakənli fermerlər bu il 535 hektar sahədə tütün yetişdirirlər

Balakən, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektar sahədə “Virciniya” və 4 hektarda “Berley” növlü ətirli, 56 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində “İmunniy” növlü yerli tütün sortunun yığımına başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Məmməd Şərifov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, rayonda ilk olaraq tütün yığımı Mahamalar kəndindən olan fermer Aypara Dadayevanın, Qazma kəndindən İlqar Vəliyev, Səbinə Hacıyevanın təsərrüfatlarında aparılıb. Ətirli tütün sortlarının yığımına isə iyulun ortalarında başlanılacaq.

Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Ötən il rayonda 528 hektar sahədə tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub.

Rayonda barama tədarükü isə artıq başa çatıb. Balakənli kümçülər cari mövsümdə 30 ton yaş barama istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.