REGİONLAR


Balakənli fermerlər tərəvəz sahələrində bol məhsul yetişdiriblər

Balakən, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakənin torpaq mülkiyyətçiləri bu il 1943 hektar sahədə tərəvəz yetişdiriblər. Hazırda rayonun təsərrüfatlarında tərəvəz yığımı davam edir. İndiyədək 1800 hektaradək sahənin məhsulu yığılıb.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər rayonda kələm əkininə maraq artıb. Məhsul istehsalçıları bu il 179 hektar sahədə kələm əkiblər. İndiyədək 46,6 hektar sahənin məhsulu yığılıb, 720 ton kələm tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 154,5 sentner təşkil edir. Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu əsasən yerli bazarlarda satırlar.

Ötən il isə balakənli fermerlər 176 hektar kələm sahəsindən 2713 ton məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.