REGİONLAR


Balakənli fermerlərə güzəştli şərtlərlə 30 tonadək mineral gübrə satılıb

Balakən, 12 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Aprelin 12-də “Aqrolizinq” ASC tərəfindən Balakən rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qabaqçöl qəsəbəsində təşkil olunan səyyar satışda 70 vətəndaşa 30 tonadək azot gübrəsi satılıb.

Səyyar satış zamanı Qabaqçöl qəsəbəsinin və ətraf kəndlərin vətəndaşları mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər.

ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.