REGİONLAR


Balakənli gənclər “Mərkəzə doğru” layihəsi çərçivəsində peşə məktəbinin şagirdləri ilə görüşüblər

Balakən, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Balakən nümayəndəliyinin əməkdaşları “Mərkəzə doğru” layihəsi çərçivəsində rayondakı 2 nömrəli peşə məktəbinin qonağı olub, şagirdlərlə görüşüblər.

Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüş zamanı mərkəzin əməkdaşı Şahin Qarakişiyev tərəfindən gənclərə GİKM-nin fəaliyyət istiqamətləri, üzvlük sistemi, könüllülük, təcrübə proqramları, keçirilən təlim və layihələr, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib, gənclərin maraq dairələri öyrənilib.

Daha sonra "Şuşa İli" ilə əlaqədar Vətən müharibəsinə həsr olunan intellektual yarış keçirilib. Qalib komandaya hədiyyə təqdim olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.