REGİONLAR


Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər

Balakən, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Orfoqrafiyamızı qoruyaq!” adlı maraqlı layihə həyata keçiriblər.

Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində gənclər rayon ərazisində yerləşən obyekt və mağazaların qarşısına vurulmuş orfoqrafik səhvlər olan elanların mətnlərinə düzəlişlər edərək yenisi ilə əvəzləyiblər.

Layihənin əsas məqsədi vətəndaşların diqqətini ana dilimizin saflığının və zənginliyinn qorunmasına yönəltməkdir.

Layihə rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.