REGİONLAR


Balakənli gənclər bağçılıq təsərrüfatında olub, meyvə yığımında iştirak ediblər

Balakən, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi “Könüllülər ili” çərçivəsində gənclərə növbəti layihəni təqdim edib.

Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Mərkəzin könüllüləri Aqrar İnkişaf Könüllüləri ilə birgə “Gücümüz birliyimizdir” layihəsi çərçivəsində rayonun Qullar kəndində yerləşən “Rayyan” MMC-nin intensiv bağçılıq təsərrüfatında olub, alma yığımında iştirak ediblər.

Layihənin məqsədi gəncləri kənd həyatı və əməksevər insanlarla yaxından tanış etmək, onlarda əməyə, zəhmətə sevgi və maraq oyatmaqdır.

Bağçılıq təsərrüfatı ilə tanışlıq gənclərin böyük marağına səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.