REGİONLAR
Balakənli gənclər intellektual yarışda biliklərini sınayıblar
Balakən, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyində fəaliyyət göstərən “İntellektual oyunlar klubu” gənclərin müxtəlif sahələr üzrə biliklərini daha da möhkəmləndirmək üçün maraqlı intellektual yarışlar təşkil edir. Klubun təşkilatçılığı ilə avqustun 30-da keçirilən növbəti intellektual yarışda 4 komanda – “Dynamite”, “Şuşa”, “Suqovuşan” və “Uğur” komandaları mübarizə aparıblar.
Nümayəndəliyin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, intellektual oyun “Dynamite” komandasının qələbəsi ilə başa çatıb. Qalib komandanın üzvləri #Qrammofoncoffehouse-dən "VİP" hədiyyə kuponu qazanıblar.
Klubun fəaliyyəti növbəti aylarda da davam edəcək.