REGİONLAR


Balakənli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərinə fəal qoşulublar

Balakən, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Balakən rayonunda aparılan ictimai maarifləndirmə tədbirlərinə rayon gəncləri də fəal qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində avqustun 6-da rayon gəncləri ilə videoformatda “Dünyamızı qoruyaq!” adlı görüş keçirilib.

Onlayn formada keçirilən görüşdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, Gənclər və idman idarəsinin rəisi Rasim Paçalov, “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev və başqaları çıxış edərək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər və pandemiyadan qorunma yolları barədə ətraflı məlumat veriblər.

Görüşdə xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmasının vacibliyi, pandemiyadan özünü, yaxınlarını qorumaq üçün vətəndaşların üzərinə düşən vəzifələr, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş göstərişlərə düzgün əməl edilməsi gənclərin diqqətinə çatdırılıb, tövsiyələr verilib.

Videoformatda keçirilən görüşün sonunda gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.