Balakənli gənclərə “Şəxsi inkişaf təlimləri” layihəsi təqdim edilib
AzerTAg.az
Balakən, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi rayon gənclərinə “Şəxsi inkişaf təlimləri” adlı layihə təqdim edib. Layihə çərçivəsində rayonun Qarahacılı kənd tam orta məktəbinin peşə təmayüllü siniflərində təhsil alan gənclərlə görüş keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim zamanı nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev gənclərlə “Özünü kəşf etmək”, “Arzular”, “Məqsədlər”, “Hədəflər” və digər mövzularla bağlı söhbət aparıb. Təlimdə özünü kəşf etməyin əhəmiyyəti, karyerada şəxsi inkişafın rolu barədə danışılıb, güclü və zəif tərəflər, imkanlar, təhlükələrlə bağlı müzakirələr aparılıb.
Sonda gənclərlə birlikdə qrup tapşırıqları işlənilib.







Xəbərin mətnində orfoqrafik səhv var