REGİONLAR
Balakənli gənclərin zəfər yürüşü
Balakən, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsi Balakən rayonunun gəncləri tərəfindən də böyük sevinclə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində erməni işğalçıları üzərində Şanlı Qələbəmiz münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən zəfər yürüşünün iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsini ziyarət ediblər. Sonra yürüş iştirakçıları Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Zəfər yürüşü Ulu Öndərin adını daşıyan parkda davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]